Güzəştli mənzillərin seçim prosesi başa çatdı

Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin seçim prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzil satışına dair Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi brifinqdə qurumun aparat rəhbəri Fərman Qurbanlı deyib.

Onun sözlərinə görə, vətəndaşların əksəriyyəti mənzil seçimi ərizələrini imzalayıblar.

Xatırladaq ki, bu ayın 15-də MİDA-nın Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin seçimi zamanı “Güzəşli mənzil” sisteminə kiberhücumların olmasından dolayı satış prosesi baş tutmayıb. Həmin hücümlar 11 ölkəyə məxsus 47 IP ünvanından həyata keçirilib.