!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hababam sınıfı”nın “Güdük Nəcmi”si vəfat edib

!Reklam – Yazi

Türkiyənin məşhur kinoaktyoru Xalid Akçatepe 79 yaşında vəfat edib.

Yeniçağ.Az xəbər verir ki, aktyor bu gün İstanbulda dünyasını dəyişib.

Sənətçi bir müddət idi İstanbuldakı xəstəxanalardan birində müalicə alırdı.

Xalit Akçatepe 1 yanvar 1938-ci ildə İstanbulda anadan olub.

1975-ci ildə lentə alınan “Hababam sınıfı” filmindəki Güdük Nəcmi obrazı ona böyük şöhrət qazandırıb.

Kinoaktyor 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaradıb, üç filmin ssenari müəllifi olub.

Yeniçağ.Az

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv