!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Haber Global”: “Azərbaycan xalqı 28 illik aradan sonra Qarabağda Novruz bayramını qeyd etdi” - VİDEO

!Reklam – Yazi

Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin builki Novruz tonqalını məhz işğaldan azad edilmiş Şuşada alovlandırmasını diqqqət mərkəzində saxlayır.

Yenicag.az xəbər verir ki, bununla bağlı bir sıra nüfuzlu KİV öz efirində süjetlər yayımlayıb, saytlarında xəbərlər və sosial şəbəkə hesablarında məlumatlar paylaşıb.

Türkiyənin “Haber Global” media şirkəti də Azərbaycan Prezidentinin ailəsilə birlikdə Şuşada Novruz bayramını qeyd etməsi ilə bağlı süjet hazırlayıb.

Süjetdə bildirilir ki, 28 illik fasilədən sonra Azərbaycan xalqı işğaldan azad edilmiş Qarabağ torpaqlarında da baharın gəlişini qarşılayıb. Videomaterialda ölkə prezidenti İlham Əliyevin Şuşadakı Cıdır düzündən xalqa bayram müraciəti etməsi qeyd olunub.

Telekanal yaxın zamanlarda Ağdamın baş planının hazır olacağını da izləyicilərinin diqqətinə çatdırıb.

 

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv