Habil Əliyev I Fəxri Xiyabanda dəfn ediləcək

imagehabilÖtən gecə vəfat etmiş xalq artisti Habil Əliyev I Fəxri Xiyabanda dəfn ediləcək.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib. O bildirib ki, bu gün saat 12:00-dan 14:00 kimi isə Flarmoniyada mərhumla bağlı vida mərasimi keçiriləcək.

Xatırladaq ki, Habil Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib. Kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü(qafqazinfo).