!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rəvan Habiloğlu: "Ağır itkidir, dözə bilmirəm"

!Reklam – Yazi

Bugün mərhum xalq artisti Habil Əliyevin doğum günüdür.

Yenicag.az-a açıqlama verən sənətkarın oğlu Rəvan Habiloğlu atasının yoxluğunu hələ də qəbul etmədiyini deyib: “Özüm baba yaşına çatmışam, amma yenə də ataya ehtiyacım var. Atamı itirdiyim vaxtdan üç il ötür, amma onun yoxluğunu qəbul edə bilmirəm. Evimizdə onun böyüdülüb çərçivəyə salınmış fotoşəkli asılmışdı, götürüb gizlətdim. Çünki görəndə pis oluram. Doğum günlərini təmtəraqla keçirməyi sevməzdi, başına yığışardıq. Hədiyyə də xoşlamazdı, deyərdi yanımda olduğunuz vaxt mənim üçün bayramdı. Elə onun yanımızda olması, bizim üçün də bayram idi. Kaş yanımızda olaydı, ağır itkidir, dözə bilmirəm, bu itkinin ağırlığını daşımaq çətindir”.

Cəvahir

 

www.yenicag.az

5315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv