!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Habil Əliyevin oğlu OD PÜSKÜRDU: “Ayıbdır, bu biabırçılığa son qoyun” - QALMAQALÖZƏL

!Reklam – Yazi

Mərhum sənətkar Habil Əliyevin oğlu, müğənni-bəstəkar Rəvan Habiloğlu şou-biznes aləmində baş alıb gedən intriqalardan, qalmaqallardan bezdiyini dilə gətirib. Sənətçi onlara səslənərək bu biabırçılığa son qoymalarını tələb edib.

Yeniçağ.az saytına açıqlama verən R. Habiloğlu od püskürüb:

“Mən Azərbaycan kanallarına baxmıram, çünki əsəb, stress keçirirəm. Hansı kanalı açırsan, çal-çağır, səviyyəsiz, bayağı mahnılar. Müğənnilər bir-birini qırır, nə qədər intriqa olar? Azərbaycan şou-biznesində intriqadan başqa heç nə görmədim. Heç olmasa, Qarabağda şəhid olan döyüşçülərimizin ruhundan utanın. Ayıbdır, orda ana-bacılar övladlarına görə qan ağlayır, bizim şou-biznesdəkilər də kefdə-damaqda, gündəm hayındadırlar”.

R.Habiloğlu müğənnilərə səslənib:

“”Onun iti öldü”, “pişiyi itkin düşdü”, “o, soyundu”, “bu, döyüldü”… belə mənasız söz-söhbətlərlə gündəmdə nə qədər qalmaq olar axı? Azərbaycan musiqisini mərhum sənətkarlarımız özləri ilə götürüb getdi. Allah onlara rəhmət eləsin. Mən nə musiqi, nə də teatr aləmində əvvəlki sənətkarları görə bilmirəm, onların yeri boşdur. Hanı Rəşid Behbudov, hanı Hamlet Xanızadə? Belə şeyləri görəndə ürəyim partlayir. İndi sənət adına heç nə yoxdur. Bir dənə vətənpərvər mahnı oxunmur. İndi belə musiqilərə ehtiyac var. Bəsdirin, bu biabırçılığa son qoyun”.

Sənətçi belə səviyyəsiz şou-biznesə görə kənara çəkildiyini, sənətdən uzaqlaşdığını deyib.

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

760
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv