Çoxdandır şou-biznesin gündəmindən uzaq olan Rəvan Habiloğlu sükutu pozub.
Yenicag.az-a açıqlama verən sənətçi od püskürüb:
“Mənə zənglər olur, hamı yazır ki, niyə efirlərdə yoxsan, niyə tədbirlərə qatılmırsan. Mən bu aləmdən iyrənirəm. Nə qədər bir-birini söymək, təhqir etmək olar axı?! Baxırsan efirə, gündəmdə qalmaq naminə nələr etmirlər… “Maşın şou”ya baxıram, biabırçılıqdır. İnsanlar maşına görə az qala bir-birini qırır. Əslində o şounun formatı tam fərqlidir. Orda intriqa olmamalıdır. Hər şeyi pula satmaq olmaz axı. Mən də istəyirəm yerli telekanallara baxım. Baxa bilmirəm, əsəbdən az qalıram insult olum”.
Sənətçi atasının ölümündən sonra ümumiyyətlə, heç kimin əleyhinə danışmaq istəmədiyini deyib:
“Kimisə tənqid də etmək istəmirəm. O saat tökülüşürlər üstümə. Nə gizlədim, deyim siz də biləsiz, atamın sağlığında heç danışa bilmirdim, mənə qan uddururdular. Habil Əliyev kimi bir sənətkarın oğlu ola-ola ağzımdan vururdular. İndi atam da yoxdur, yetim oğlanam. Deyirsiniz danışım, tənqid edim, başımı yesinlər? Çoxu da oliqarxlarla oturub durur, məni aradan elə götürərlər xəbərim də olmaz. Mənə nə reklam lazımdır, nə də gündəm. Oturub evdə öz işlərimlə məşğulam. Mahnılar da yazmışam, amma hələ üzə çıxartmaq istəmirəm”.
Cəvahir