Habil Əliyevin səhhəti pisləşib

habil_eliyev_235786767Dünən xalq artisti, kaman ustası Habil Əliyevin səhhətində ciddi problem yaranıb.

H. Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyevanın verdiyi məlumata görə, həkimlər kaman ustasını 24 saat nəzarətdə saxlayırlar: “Dünən qəfil vəziyyəti pisləşdi. Səhhətində ciddi problem yaranmışdı. Həkimlər dava-dərman etdilər, bəlğəmi təmizlədilər, bir az özünə gəldi. Vəziyyətində ciddi mənada irəliləyişi yoxdur. Ümidimizi Allaha bağlamışıq”.

Qeyd edək ki, H. Əliyev və ürək və ağciyər problemlərindən əziyyət çəkir(APA).