!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hacı Beyləqanski" saxlanıldı - SON DƏQİQƏ+VİDEO

!Reklam – Yazi

Azərbaycanlı “qanuni oğru” “Hacı Beyləqanski” Rusiyada saxlanılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Hacıbaba Talıbxanlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Moskvada həbs olunub. Hələlik onun hansı səbəbdən saxlanıldığı bəlli deyil.

Qeyd edək ki, “Hacı Beyləqanski” ləqəbli kriminal avtoritet 2016-cı ildə İstanbulda qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin ən sadiq və yaxın adamlarındadır.

Xatırladaq ki, kriminal avtoritet bir müddət əvvəl Türkiyədə Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevlə birgə saxlanılmış, qısa müddət sonra isə sərbəst buraxılmışdı.

www.yenicag.az

14725
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv