“Hacı Beyləqanski”nin cəzası açıqlandı

Rusiyanın Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən Moskvada saxlanılan Hacıbaba Talıbxanlı cəzası bəlli olub.

Yenicag.az xəbər verir ki, “Hacı Beyləqanski” ləqəbi ilə tanınan “qanuni oğru” 29 günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin adamı olan “Hacı Beyləqanski” “Ded Xasan”ın qətlində şübhəli bilinir. Bundan başqa o, 2012-ci ildə həmyerlisi İlqar Əliyevi öldürdüyünü etiraf edib.