!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hacı Beyləqanski”nin həbs səbəbi - Lənkəranskinin adamını kimi öldürüb?

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, “Hacı Beyləqanski” ləqəbi ilə tanınan kriminal avtoritet Hacıbaba Talıbxanlı ötən gün Rusiyanın Moskva şəhərində saxlanılıb.

Yenicag.az xəbər verir ki, “qanuni oğru”ya qarşı ağır ittihamlar irəli sürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 105.1 (qətl) və 105.2 (iki də daha artıq şəxsin qətlə yetirilməsi) maddələri ilə cinayət işi qaldırılıb. “Hacı Beyləqanski” xüsusən də ağır cinayətlərdə şübhəli bilinir. Lakin istintaqın digər detalları açıqlanmır.

Qeyd edək ki, “Hacı Beyləqanski” 2016-cı ildə İstanbulda qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin killerlərdən ibarət briqadasının komandiri hesab olunurdu. O, 2012-ci ildə Dubayda keçirilən “sxodka”da “qanuni oğru” adına layiq görülüb.

Xatırladaq ki, “Hacı Beyləqanski” Moskva polisinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən “Belıy Dom” restoranında saxlanılıb.

www.yenicag.az

2549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv