!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacı Əbdül kommunistləri iftara topladı - FOTO

!Reklam – Yazi

Mayın 19-da İmam Hüseyn Məscidinin axundu, tanınmış ictimai xadim, sabiq deputat Hacı Əbdül iftar süfrəsi açıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan Kommunistlər Birliyinin İdarə Heyətinin üzvləri müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak ediblər.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

İmam Hüseyn Məscidinin axundu Hacı Əbdül mərasimdə çıxış edib.

Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov, Bakı Dövlət Universitetinin islamşünaslıq elmi mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov, Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədov, güləş üzrə üç qat dünya çempionu Məhyəddin Abdullayev və başqaları da çıxış edənlər arasında olub.

www.yenicag.az

1976
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv