Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Hacı Əliyev növbəti dəfə Avropa çempionu oldu - Yeniləndi

Reklam: High Technic

Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Yenicag.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Türkiyə təmsilçisi Selahəttin Kılıcsallayanı məğlub edib.

Mahir Əmiraslanov (57 kq) isə bolqarıstanlı Georgi Valentinov Vangelova qalib gələrək bürünc medala sahib olub.

Qeyd edək ki, Cəbrayıl Həsənov (79 kq) rəqibi zədə səbəbindən final görüşünə çıxmadığı üçün Avropa çempionu adını qazanıb. Bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi final görüşünə çıxacaq. Ağahüseyn Mustafayev (70 kq) Mustafa Kaya ilə üz-üzə gələcək. 97 kq-dakı Nurməhəmməd Hacıyev isə bürünc medal uğrunda görüşdə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkəcək.

***

16:40

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Yenicag.az-ın məlumata görə, buna səbəb 79 kq çəki dərəcəsindəki təcrübəli pəhləvanın finalda güləşəcəyi rəqibi Rusiya təmsilçisi Ahmed Hacımaqomedovun zədəli olmasıdır. Həkimlər 29 yaşlı idmançının yarımfinalda aldığı zədə üzündən həlledici görüşə çıxmasına icazə verməyiblər.

Daha əvvəl Həsənov 2010 və 2011-ci illərdə də Avropa çempionu olub.

Qeyd edək ki, bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi final görüşünə çıxacaq. Hacı Əliyev (65 kq) və Ağahüseyn Mustafayev (70 kq) müvafiq olaraq türkiyəli Selahəttin Kılıcsallayan və Mustafa Kaya ilə üz-üzə gələcək. 57 kq çəki dərəcəsindəki Mahir Əmiraslanov bürünc medal görüşündə fransalı Zuheyir Əl Orajı, 97 kq-dakı Nurməhəmməd Hacıyev isə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkəcək.

www.yenicag.az

5022
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM