Almatıda (Qazaxıstan) güləş üzrə İvan Poddubnı Liqasının (PWL) dördüncü turniri keçirilir.
Yenicag.az xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü, Avropa çempionu Sənan Süleymanov (77 kq) rusiyalı Adlet Tyulyubayevlə görüşdə qalib gəlib (3:3).
4 qat Avropa, 3 qat dünya çempionu Hacı Əliyev (65 kq) isə rusiyalı Şamil Məmmədovla görüşdə məğlub olub – 2:7.