Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hacı İlqarla bağlı son xəbər: Şeyx və bu şəxslər həbs edildilər - SİYAHI

Dünən saxlnılan Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri, İçərişəhər “Cümə” məscdinin imam-camaatı Hacı İlqar İbrahimoğlu ifadəsi alındıqdan sonra azadlığa buraxlıb. İbrahimoğlu gecəyarısı canlı yayımında şahid qismində ifadə verdiyini, ancaq telefonunun bir neçə gün “əlçatmaz” olacağını vurğulayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən saxlanılan din xadimi yalnız Hacı İlqar olmayıb. Şeyx Sərdar Hacıhəsənli, Hacı Cəlal Şəfiyev, Hacı Qadir Məmmədov və Təmkin Cəfərovun da həbs olunduğu məlumatı yayılıb.

Sərdar Hacıhəsənlinin Masallıda saxlanıldığı və Bakıya gətirildiyi bildirilir.

Həbslər Azərbaycan-İran münasibətlərinin gərginləşdiyi dövrə təsadüf etdiyindən bu şəxslərin həmin ölkə ilə əlaqələrinin saxlanılmaqlarına əsas olduğu ehtimal olunur.

Qeyd edək ki, saxlanılanlar “Azərbaycan Ruhanilər Məclisi” adlı qeyri-leqal təşkilatın üzvləridir.

www.yenicag.az

2913
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100