Hacı Məmmədova qarşı “Qara kəmər”– Fotolar

666Bir neçə gün sonra “Qara kəmər” əməliyyatının üzərindən 10 il keçir.

Bu Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 2005-ci il martın 10-da həyata keçirdiyi və səs-küyünə görə, respublikada gəlmiş-keçmiş ən böyük əməliyyatdır. 11 mart 2005-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb.

“Qara kəmər” əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub.

“Qara kəmər” əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək edib.

Prezident İlham Əliyevin sərəncamı ilə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində peşəkarlıq göstərdiklərinə görə MTN-in bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görülüb.