Hacı Nuran Azərbaycana gəlir

57556_evphxnaaihAlmaniyada müalicə olunan teleaparıcı Hacı Nuran Hüseynov Azərbaycana gəlir.

Axşam.az-ın məlumatına görə, aparıcı müvəqqəti olaraq vətəninə gələcəyini, sonra yenidən müalicə olunduğu Düsserdolf şəhərinə qayıdacağını bildirib.

Hacı Nuran bu barədə sosial şəbəkədə yazıb:

“Əziz və sevimli dostlarım!

Bildiyiniz kimi, neçə müddətdir ki, Almaniyanın Düsseldorf şəhərində yerləşən “UNİKLİNİK”də ağır xərçəng xəstəliyi ilə mübarizə aparıram. Son vaxtlar səhhətim daha da pisləşib, özümü çox pis hiss edirəm. Həkimlər də məsləhət gördülər ki, bir az abu-havamı dəyişim.

Neçə vaxtdır, Azərbaycana, heç olmasa, bir saatlıq gəlmək arzusu ilə yaşayıram. Dünən yanıma gələn Avropa Oyunları (Bakı-2015) Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov mənim arzumu həyata keçirdi. İnşallah, mən sabah (28.09.2015) saat 21:10-da Almaniyanın “Lufthansa” hava yollarının Frankfurt-Bakı aviareysi ilə bir neçə günlük Azərbaycana gəlirəm. Sonra müalicə və transplantasiya üçün təkrar Almaniyaya qayıdacağam. Görüşənədək…”.

Qeyd edək ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən H.Nuran Almaniyada müalicə alır. O, fevralda Bakıya qayıtmışdı. Ötən ay yenidən Almaniyaya müayinəyə gedən Hacı Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub. O, bir neçə müddət əvvəl səhhətinin daha da pisləşdiyini, reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.