Səudiyyə Ərəbistanında rəsmilərin icazəsi olmadan həcc ziyarətinə cəhd edən 17 mindən çox insan saxlanılıb.
Yenicag.az-ın məlumata görə, onlardan 9,5 min nəfərə yaxını yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozub.
Bundan başqa, Səudiyyə Ərəbistanı hakimiyyəti zəvvarların həcc ziyarətinə qeyri-qanuni daşınmasına görə 33 nəfəri həbs edib.
Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində illik həcc mərasimi keçirilib. Orada iki milyondan çox insan iştirak edib. Bu il koronavirus pandemiyasının başlamasından bəri ilk dəfə olaraq, Səudiyyə Ərəbistanı hakimiyyəti 2020-ci ildən əvvəlki qədər insanın həcc ziyarətinə gəlməsinə icazə verib.