Mərhum din xadimi Hacı Şahin Həsənlinin vəfatının birinci ildönümüdür.
Yenicag.az xəbər verir ki, bu gün ilahiyyatçının Təzə Pir məscidində anım mərasimi keçiriləcək.
Mərasim saat 11:00-da olacaq.
Qeyd edək ki, Hacı Şahin ötən il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat edib. O, Yasamal qəbiristanlığında dəfn olunub.