!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacı Surxayin Əli Nagiyevə cavabı

!Reklam – Yazi

542193e0-17c5-46cd-ae5b-9a62406b4488İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri haci Surxay Məmmədlinin cavabı

Son günlərdə bəzi insanlar yenidən gündəmə gəlmək, özlərini bir daha yada salmaq məqsədi ilə dini hadisələrə, o cümlədən tarixi hadisələrə qeyri-dəqiq izahlar verir, hamımız, xüsusilə də inanclı insanlar üçün Allahın yer üzünə göndərdiyi hidayət çırağı və nicat gəmisi kimi önəmli olan peyğəmbər və imamlara iftira ataraq onların göstərdiyi fəaliyyətə dırnaqarası qiymət verirlər. Hətta Qurani Kərimdə nöqsansız və eyibsiz olduqları bildirilən (“Ey Əhlibeyt! Allah Sizdən çirkinliyi (günahı) yox etmək və Sizi pak etmək istər!” Əhzab surəsi 33-cü ayə) Əhlibeytin üzvlərindən biri olan Hz.imam Hüseyn(ə)ın səhvi olduğunu bildirir və tökülən qanları hədər sayır.

Mənə belə gəlir ki, milli və mənəvi dəyərlərinə qiymət verən, öz millətinin şəhidlərinə hörməti olan hər bir kəs qeyri şərtsiz imam Hüseyn(ə) və Kərbəla şəhidlərinə hörmət etməli onlara sayqıyla yanaşmalıdır. Ən azından bu hətda qeyri müsəlmanın insanlıq borcudur.

İmam Hüseyn(ə)də səhv axtaran şəxsə qısa bir məlumat vermək istərdim. İmam Hüseyn(ə) ilk öncə sözü Allahın sözü, münasibəti Allahın münasibəti və razılığı Allahın razılığı olan kəsin (“Onun danışdıqları boş boş sözlər deyil. O, yalnız vəhy ilə danışır” Nəcm surэыш 3-4-cü ayə) Hz.Muhamməd (s.ə.a.s)in əziz nəvəsi idi. O, həzrət imam Hüseyn(ə) haqqında buyurub. “Hüseyn məndəndir və mən də Hüseyndənəm.”

Hz.Hüseyn(ə)də, yəni Allahın yer üzündə olan höccətində səhv axtaran şəxs elə birbaşa Uca Allahın naqis olduğunu hesab edir. Belə şəxslərin islamdan danışmağa haqqı yoxdur.
Mərhum Raci hətta belə şəxslər üçün gözəl beyti özündən bizlərə yadigar qoymuşdur.

Bu ada şəkk eyliyən
Zatında var billahi şəkk

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv