!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hacı Zeynalabdin Əbdülhəmid ilə" məşhur türk serialında - ÖZƏL FOTOLAR + VİDEO

!Reklam – Yazi

Türkiyənin məşhur seriallarından olan və TRT-də yayımlanan “Payitaht Abdulhamid”də ilk dəfə Azərbaycan mövzusu gündəmə gətiriləcək.

Yenicag.az xəbər verir ki, serialda Azərbaycanın məşhur xeyriyyəçi-milyonçusu Hacı Zeynalabdin Tağıyev obrazı canlandırılacaq. Əbdülhəmid və Hacı Zeynalabdin Tağıyevin görüşü, onun sultana “Quran” təqdim etdiyi anlar səhnələşdiriləcək.

Hacı Zeynalabdin Tağıyev rolunu Türkiyənin məşhur aktyorlarından Ahmet Bilgin oynayacaq. Onu Türkiyə Azərbaycan İş Adamları Birliyinin sədri, eyni zamanda xeyriyyəçi olan iş adamı Hüseyin Büyükfırat müşayət edəcək. Belə ki, “Quran”ı Sultana Büyükfırat təqdim edəcək. Hazırda Büyükfırat Türkiyədədir və çəkilişlərə qatılıb.

Tarixdən də məlum olduğu kimi, Tağıyev Azərbaycan dilinə tərcümə etdirdiyi “Quran”ı Sultan Əbdülhəmidə hədiyyə göndərib.


Əhməd Bilgin Yenicag.az-a açıqlamasında belə bir önəmli şəxsiyyətin rolunu oynamaqdan qürur duyduğunu bildirib. Azərbaycanı çox sevdiyini bildirən tanınmış aktyor ölkəmizdən gələcək təkliflərə də müsbət cavab verəcəyini bildirib.

www.yenicag.az

8340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv