!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacı Zeynalabdin Tağıyevin nəticəsi: “Babam fenomendir” - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Milli İncəsənət Muzeyində Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 180 illiyinə həsr olunan xatirə gecəsi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə məşhur sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyəti haqqında danışılıb.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix elmləri üzrə fəlsəfə doktoru Fərhad Cabbarov XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevlə bağlı fikirlərini bölüşüb:

“Hacı Zeynalabdin Tağıyev ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə ümumxalq sevgisini qazanıb. O, əbədi olaraq xalqın yaddaşında yaşayacaq. Tağıyev hər zaman Azərbycan xalqının yaddaşında xeyriyyəçilik missiyası ilə ad çıxaran şəxsiyyət kimi qalacaq”.

F.Cabbarov Hacı Zeynalabdin Tağayevin Bakının ən görməli məkanlarının birində heykəlinin ucaldılması üçün məsələ qaldırıldığını da bildirib:
“Hacının Azərbaycanın müxtəlif bölgələrində büstləri qoyulub. Bakıda isə hələ də heykəli yoxdur. Artıq bununla bağlı məsələ qaldırılıb. Paytaxtın ən gözəl məkanlarının birində onun abidəsi ucaldılacaq”.

H.Z.Tağıyevın nəticəsi fəlsəfə doktoru, neftçi-geoloq Nazim Abdullayev isə babasını fenomen adlandırıb:

“Hacı Zeynalabdin Tağıyev fenomendir. Mən babamla fəxr edirəm. Sağ olsunlar ki, bu gün onun xatirəsinə həsr olunmuş belə gözəl tədbir keçirirlər”.

Cəvahir
Foto: Cəmalə

www.yenicag.az

4743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv