!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacı Zeynalabdin Tağıyevin nəticəsi Qarabağa gələcək - VİDEO

!Reklam – Yazi

Görkəmli Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı Alban Klod (Alban Claude) Qarabağa səfər edəcəyini bildirib.

Yenicag.az xəbər verir ki, o, bu barədə öz “Facebook” hesabında məlumat verib.

“Tezliklə Qarabağda olacam. Mənim məqsədim fransız oxucular üçün bu müharibə və tarixi torpaqlar haqqında yazmaqdır. Düşünürəm ki, bu yolla daha faydalı ola bilərəm”,- deyə Alban Klod qeyd edib.

Qeyd edək ki, Alban Klod Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəvəsidir. O, həmçinin ana tərəfdən Qacar hökmdarı Fətəli şahın nəvəsi, vəliəhd Abbas Mirzənin oğlu Bəhmən Mirzənin, eləcə də görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun nəslindəndir.

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv