!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıbaba Bağırovun Rusiyadakı oğlunun səhhəti barədə - AÇIQLAMA

!Reklam – Yazi

Mərhum Xalq artisti Hacıbaba Bağırovun milliyyətcə rus xanımından olan oğlunun səhhətində problemlər var.

Yenicag.az xəbər verir ki, bunu mərhum aktyorun həyat yoldaşı Arzu Bağırova efirdə açıqlamasında bildirib. O, Saşanın xəstəliyinin yaşla əlaqədar olduğunu deyib.

Qeyd edək ki, Hacıbaba Bağırovun 3 övladı olub. Qızı Lalə dünyasını dəyişib. Şölə onun sonuncu nikahından olan qızıdır. Mərhum aktyorun oğlu Aleksandr Bağırov isə uzun illərdir Rusiyada yaşayır. 69 yaşlı Aleksandr Azərbaycana qayıtmaq, Bakıda yaşamaq istəsə də, maddi imkanı olmadığı üçün bu arzusunu reallaşdıra bilməyib.

Qeyd edək ki, Azərbaycanın məşhur gülüş ustası Hacıbaba Bağırov 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Onu “Saşa” deyə çağırıblar. Sənət dostlarının dediyinə görə, o, atasının son günlərinə qədər ona baş çəkib, əlaqə saxlayıb.

Saşa aktyorun birinci nikahından doğulan övladıdır. Hacıbaba Bağırov onun anası ilə 5-6 il birgə yaşayıb. Onlar ayrıldıqdan sonra Saşa anası ilə bir müddət Sumqayıtda yaşayıb.

Cəvahir

www.yenicag.az

815
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv