Hacıbala Abutalıbovun müavini istirahətdə vəfat edib

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edib.

APA-nın şimal bürosunun xəbərinə görə, R. Pənahov istirahətdə olduğu Qusar rayonunda ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Pənahov Rauf Əli oğlu 1937-ci ildə Bakıda anadan olub. 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini idi.

Yenicag.az