!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hacıbala müəllimdən öyrənəcəyim çox şey var” – Kiyevin meri

!Reklam – Yazi

Bakıda səfərdə olan Kiyevin meri Vitali Kliçko azərbaycanlı həmkarına tərif yağdırıb.

Yeniçağ.Ru-nun məlumatına görə, dünyaşöhrətli boksçu, Kiyevin meri Vitali Kliçko Bakıya səfəri çərçivəsində şəhəri gəzib və prezident İlham Əliyevlə görüşüb.

Azərbaycan prezidenti ilə görüş haqqında danışan Kliçko Kiyev və Bakı arasında əlaqələrin genişləndirilməsinin müzakirə olunduğunu deyib:

“Biznes məsələlərini müzakirə etdik. Buraya Bakıda Ukrayna mağazalarının açılışı və Ukrayna enerji bazarının liderlərindən olan SOCAR-ın yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirilməsi daxildir. Biz mümkün istiqamətlərdən danışdıq. Səylərimizi birləşdirməyimizin vacib olduğu məsələlərə toxunduq. Əsas məsələ münasibətlərin daha da möhkəmlənməsidir”.

Kiyevin meri Bakının “Avroviziya” musiqi müsabiqəsinə ev sahibliyi etdiyini xatırladaraq, Bakının bu işdə qazandığı təcrübənin Kiyev üçün də faydalı olacağını vurğulayıb.

Bakıda təşkil olunan “Şopping festival”dan danışan Kliçko bildirib ki, belə tədbirlər insanlara dünyaya daha geniş baxmaq imkanı qazandırır:

“Bu, şəhərin inkişafına və onun turizm potensialının artmasına təkan verəcək, tədbiri qonaqların vizit kartına çevirəcək”.

Kliçko Bakı merini bu ilin mayında “Eurovision” yarışmasının keçiriləcəyi Kiyevə dəvət edib:

“Əminəm ki, bizim paytaxtlarımızın əməkdaşlıq potensialından tam istifadə olunmayıb. Biz başlanğıc nöqtələrindəyik. Bizneslə yanaşı, idman və mədəniyyət sahələrində də əməkdaşlıq etməliyik. Bizim vəzifəmiz bu potensialdan istifadə etməkdir”.

Yeniçağ.Az

www.yenicag.az

701
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv