Hacıbəy Heydərli: “Azərbaycanda söz və mətbuat azadlığının ən böyük qarantı Prezident İlham Əliyevdir”

“Prezident İlham Əliyev blogger Mehman Hüseynovun işini nəzarətə götürməklə hələ bir neçə il əvvəl keçirilən seçkilərdən sonra söylədiyi “mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrinə sadiq qaldığını bir daha nümayiş etdirdi”

Yenicag.az xəbər verir ki, bu sözləri açıqlamasında tanınmış jurnalist, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli deyib.

O bildirib ki, Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrin arzuları bu dəfə də ürəklərində qalacaq: Azərbaycan dövləti ilə hədə dilə ilə danışan xarici qüvvələr hər zaman bunun məyusluğunu yaşayıblar. Onlar unudur ki, Azərbaycan kimliyindən asılı olmayaraq, hər bir vətəndaşının hüquq və azadlıqlarını müvafiq qanunlar və humanizm prinsipləri əsasında qoruyur. Azərbaycan vətəndaşının təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən qorunur. Prezidentin Mehman Hüseynovla bağlı qərar verməsi ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə ən tutarlı cavab oldu. Əminəm ki, bloggerin məsələsi ədalətli şəkildə araşdırılacaq və bu hadisədən istifadə edib ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaq istəyən qüvvələrin arzuları növbəti dəfə ürəklərində qalacaq”,

Hacıbəy Heydərli bildirib ki, ölkəmizdə mövcud olan söz və mətbuat azadlığının qarantı Prezident İlham Əliyevdir: “İlham Əliyev hər zaman jurnalistlərə diqqət və qayğı göstərib. Cənab Prezident vaxtilə ən sərt tənqid yazan media nümayəndələrinin səhhətində problem yaranan zaman məsələni öz nəzarətinə götürüb, onlara hər tərəfli yardım edilməsi haqda tapşırıq verib. Bundan başqa jurnalistlərin sosial rifahının yaxşılaşması ilə bağlı sərəncamlar imzalanıb. Bu hadisələr yaxın keçmişdə olub.

Baş redaktor internet mediada bloggerlərin, “youtuber”lərin də azad fəaliyyət göstərdiyini deyib: “İndi kimlərsə ölkədə söz və mətbuat azadlığının olmadığını iddia edirsə, bu absurd və çox gülüncdür. “Facebook”, “instagram” və “youtube”-də yüzlərlə müxalif səhifə, qrup azad şəkildə fəaliyyət göstərir. Xaricdən maliyyələşən internet televiziyalar, xəbər saytları, radiolar var. Bunlar çox vaxt jurnalist prinsiplərini pozur, media tribunasından təhqir, söyüş kampaniyası aparır, ancaq onlara heç bir təzyiq göstərilmir, istədiklərini yazırlar, istədiklərini deyirlər. Bu günlərdə radikal müxalifət qüvvələri belə fikir irəli sürüb ki, yalnız müxalif medianı oxuyun, onlara inanır. Bu həmin insanların diktator düşüncəsində olduğunun göstəricisidir. Siz hələ müxalifətdə ola-ola bu cür fikirlər səsləndirirsizsə, sabah hakimiyyətə gəlsəz əks fikir söyləyənləri diri-diri asarsız. Xalq özü məlumatı haradan aldığını yaxşı bilir. Bu gün bizim saytın “facebook”da 580 min, instagram-da isə 410 min izləyicisi var. Tez-tez şahid oluruq ki, müxalif trollar səhifə üzvlərimizə hücumlar edirlər, dövlətçi mövqedə olan oxucularımızı təhqir edirlər. Bu onların hansı təfəkkürdə olduğunu göstərir.

COP29