AZXEBER.COM informasiya portalının baş redaktoru, “İslahatçı Gənclər” İctimai Birliyinin baş katibi Hacıbəy Heydərli Monteneqroda mükafata layiq görülüb.
Yenicag.az xəbər verir ki, baş redaktor Monteneqro – Azərbaycan Mədəni və İqtisadi Mərkəzi tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Hacıbəy Heydərli yüksək qiymətə görə mərkəzin sədri Seyran Mirzəzadəyə təşəkkür edib.
Qeyd edək ki, jurnalist “İslahatçı Gənclər” İctimai Birliyinin fəaliyyətinin səmərəli və uğurlu təşkil edilməsi, beynəlxalq səviyyədə dövlət və milli maraqların qorunması və təbliğ olunması, diaspor fəaliyyətinin güclənməsi, Ermənistanın işğalçı və təcavüzkar siyasətinin ifşa olunması istiqamətində xidmətlərinə görə təltif edilib.