Hacıqabul Sənaye Parkının genişləndirilməsi üçün ayrılmış 40 hektar torpaq sahəsində infrastrukturun yaradılması üzrə elektrik işlərinə ayrılacaq vəsaitin həcmi məlum olub.
Bu barədə Yenicag.az dövlət satınalamlarının vahid internet portalından məlumat əldə edib.
Məlumata görə, artıq bununla bağlı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) hazırlıq işlərini yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “IMA Energy” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 7.101.139,59 AZN (7milyon 101 min 139 manat 59 qəpik) olan müqavilə bağlayıb.
Xatırladaq ki, bir neçə müddət əvvəl qurum Hacıqabul Sənaye Parkının genişləndirilməsi üçün ayrılmış 40 hektar torpaq sahəsində infrastrukturun yaradılması üzrə tikinti işlərinin icrasını “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinə həvalə etmişdi və onunla dəyəri 7.999.998,75 AZN (7 milyon 999 min 998 manat 75 qəpik) olan müqavilə bağlamışdı.
Qeyd edək ki, sənaye parkında infrastrukturun yaradılması üzrə elektrik işlərini həyata keçirəcək “IMA Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 5 min manat olan MMC-nin qanuni təmsilçisi Nəsirov Mirzə Faiq oğludur./Trend/