Hacıqabulda 1 yaşlı qız quyuya düşərək boğulub

скачанные файлы (2)Hacıqabulda 1 yaşlı uşaq faciəli şəkildə ölüb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Talış kəndində qeydə alınıb. Kənd sakini, 1 yaşlı Gülnur Qədirova həyətdə yerləşən su quyusuna düşərək boğulub. Onun meyiti quyudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır(APA).