!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulda ağır qəza: ölən var – Fotolar

!Reklam – Yazi

Hacıqabul rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-a daxil olan məlumata görə, qəza rayonun Padar kəndi ərazisində Bakı-Qazax magistral yolunun 159-cu kilometrliyindən keçən hissəsində rayonun Padar kəndi ərazisində baş verib. Neftçalanın Aşağı Qaraimanlı kənd sakini, 21 yaşlı Balakişi Məmmədov idarə etdiyi “Pajero” markalı maşınla hərəkətdə olarkən avtomobilin qabaq hissəsinin təkəri partlayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və ciddi zədələnib.

Qəza zamanı avtomobildə olan Şirvan şəhər sakini, 51 yaşlı Qalib Əliyev hadisə yerində dünyasını dəyişib. Sürücü və salonda olan sərnişinlərdən biri yüngül xəsarət alıb. Digər ağır yaralanan sərnişin, Ağstafa sakini Qabil Bayram oğlu Quliyev isə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işiaçılıb, araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

1023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv