Hacıqabul şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Yenicag.az-a verilən məlumata görə, dekabrın 6-da saat 15 radələrində Hacıqabul şəhərinin ərazisində şəhər sakinləri Amil Hüseynovun idarə etdiyi “VAZ-21015” və Balakərim Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21015”in sürücüsü hadisə yerində ölüb.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.