Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, qəza zamanı 4 nəfər ağır yaralanıb.
Yaralılardan 25 yaşlı Fuad Məmmədov ad-soyadlı şəxs Bakıya göndərilib. Ucar rayonundan olan digər 3 yaralı – 26 yaşlı Lamiyə Mürşüd qızı Məmmədova Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya, 24 yaşlı Vəfa Vasif qızı Məmmədova və adı məlum olmayan dördüncü yaralı isə Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, Lamiyə Mürşüdovanın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.