Hacıqabulda ağır yol qəzası – Ölən və yaralanan var

Axşam saatlarında Hacıqabul şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, “VAZ-2106” markalı avtomobilin dumanlı havada yol kənarındakı beton maneəyə çırpılması nəticəsində 2 nəfər – 1993-cü il təvəllüdlü Həsənov Vasif Şahin oğlu və 1986-cı il təvəllüdlü Məmmədov Tahir Mirzəmməd oğlu ağır xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına aparılarkən, V.Həsənov yolda ölüb. Digər şəxs isə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report/