Hacıqabulda avtomobili yandı

Hacıqabulda minik avtomobili yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Birinci Udulu kəndində “Renault” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.