Hacıqabulda DƏHŞƏT – 37 yaşlı kişinin qulağını kəsdilər

Hacıqabul sakininin qulağı kəsilib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Udulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Atakişiyev Şükür Qüdrət oğlu mübahisə zəmnində tanıdığı şəxs tərəfindən qulağı kəsilib.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report/