Hacıqabulda DƏHŞƏT! Həyat yoldaşını öldürdü, özünü isə güllələdi

202bfc774b93242132ed2836218e7c5bHacıqabul rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Hacıqabul şəhəri Əlağa Vahid küçəsi -155 ünvanında qeydə alınıb.

Rayon sakini 1953-cü il təvəllüdlü Hüseynov Əflan Gəncəli oğlu həyat yoldaşı, 1954-cü il təvəllüdlü Hüseynova Almaz Sabir qızına ürək nahiyəsinə bıçaqla vuraraq qətlə yetirib.

Bundan sonra Ə. Hüseynov özünü ov tüfəngi ilə vuraraq öldürüb.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır(APA)