Hacıqabulda dəhşətli qəza: 3 ölü

qeza22Hacıqabul rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 8.00 radələrində Bakı-Qazax yolunun 125-ci km-də, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə “KamAZ” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ-2107”-də olan 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Ölənlərdən biri Sabirabad rayonunun Yenikənd kənd sakini, 2015-ci il təvəllüdlü Əliyev Nurid Mənsim oğludur, Sabirabad rayonunun Yenikənd kənd sakini, 1975-ci il təvəllüdlü Əliyeva Dilarə Əhməd qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəzada ölən digər şəxslərin adı dəqiqləşdirilir.
İlkin ehtimala görə qəzaya dumanlı hava şəraiti səbəb olub.