!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulda dəhşətli qəza: ölən və yaralananlar var

!Reklam – Yazi

5ad81b934c12041f3c29a49ef7c54a1dBakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının 80-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Qazax rayon sakini Mustafayev Elçin Şahvələd oğlunun idarə etdiyi “Ford” markalı mikroavtobusun aşması nəticəsində avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Hacıqabul rayonunun Udulu kənd sakini, Eminov Nemət Dostəli oğlu dünyasını dəyişib. Digər sərnişinlər – ölən şəxsin atası, 1955-ci il təvəllüdlü Eminov Dostəli Hümbət oğlu, anası 1958-ci il təvəllüdlü Eminova Əntiqə Məmmədəli qızı və Kürdəmir rayonu Şilyan kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Nemət Həsrət oğlu Şirvan Şəhər Xəstəxanana yerləşdirilib.

Məlumata görə, qabaq təkərinin partlaması mikroavtobusun yoldan çıxaraq aşmasına səbəb olub.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

***

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

“Ford” markalı avtomobilin aşması nəticəsində maşında olan sərnişin, 1980-ci il təvəllüdlü Hacıqabul rayon sakini Eminov Nemət Dostəli oğlu dünyasını dəyişib.

İki nəfərin isə xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirildiyi bildirilir.

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv