Hacıqabulda uşaq dünyaya gətirən ana vəfat edib.
Yenicag.az-ın məlumatına görə, Bakı sakini 1978-ci il təvəllüdlü Kərimova Yeganə Məhəbbət qızı Hacıqabulda doğum evində uşaq dünyaya gətirib. Doğuşdan sonra qadının halı pisləşib. Y.Kərimova Şirvan Şəhər Xəstəxanasına çatdırılarkən yolda keçinib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./APA/