Hacıqabulda göldə batan şəxsin meyiti tapıldı

Hacıqabulda göldə batan şəxsin meyiti tapılıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonunun Birinci Udullu kəndində süni göldə batdığı ehtimal edilən 2000-ci il təvəllüdlü Əkrəmov Asiman Habil oğlunun axtarışları başa çatıb.

A.Əkrəmovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

COP29