Hacıqabulda iki avtomobil TOQQUŞDU – Ölən var

Hacıqabul rayonunda “Mercedes” markalı iki minik avtomobili toqquşub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.