Hacıqabulda iki TIR toqquşdu – Ukrayna vətəndaşı ağır yaralandı

Hacıqabulda 2 TIR toqquşub, Ukrayna vətəndaşı olan sürücü ağır yaralanıb.

Yenicag.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisində qeydə alınıb.

Beynəlxalq yükdaşımaları həyata keçirən TIR-lar toqquşub.

Nəticədə ağır yaralanan Ukrayna vətəndaşı olan sürücü – 1975-ci il təvəllüdlü Railen Aleksandr Nikolayeviç Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./APA