!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulda "İnfiniti" ərlə arvadı vurub öldürdü

!Reklam – Yazi

Hacıqabulda iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün üstündə baş verib. Ağcabədi sakini Məmmədov Əhədin idarə etdiyi 99 XA 337 dövlət nömrə nişanlı “İnfiniti” markalı avtomobil yolu keçən iki piyadanı vurub.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Hacıqabul sakinləri Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı Əliyeva Rəqiyyə Əziz qızı hadisə yerində keçiniblər.

Sürücü saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

www.yenicag.az

1684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv