!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulda koronavirus xəstəsi olan taksi sürücüsü aşkarlandı - FOTO

!Reklam – Yazi

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində taksi sürücüsü işləyən COVID-19 xəstəsi aşkarlayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Elçin Qəhrəmanov koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

E,Qəhrəmanov rayon ərazisində özünə məxsus “VAZ-2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən müəyyən edilib, onun fəaliyyəti dayadırılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. E.Qəhrəmanovun avtomobilinə müştəri kimi əyləşən və onunla yaxın təmasda olan şəxslərin müvafiq tibb mərkəzinə müraciət etmələri tövsiyə olunur.

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv