!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulda nə baş verir? – İcra başçısının özbaşınalığına görə əhali narazıdır

!Reklam – Yazi

F8yiPYxMd4W5Rayonu kim idarə edir: Əhməd Muxtarov, yoxsa köməkçisi Afiq Kərimovla sürücüsü Elçin?
Hacıqabul rayonu ilə bağlı oduqca maraqlı məlumat daxil olub.

Saytımıza verilən məlumata görə, rayonun icra başçısı Əhməd Muxtarovun yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaşatsa da, nəinki bunların qarşısı alınıb, əksinə, 10 ildən artıqdır ki, rayona rəhbərlik edən Muxtarov tam bir nəzarətsizlik mühiti yaradıb.
Məlumatda bildiririlir ki, ölkə başçısı İLham Əliyev sahibkarlara şəraitin yaradılmasını dəfələrlə çıxışlarında vurğulsa da, Muxtarov bu tapşırıqları gözardı edir. Bununla yanaşı, raonda bir məqam xüsusi ilə diqqəti çəkir. O da Hacıqubulun icra başçısının kim olmasıdır. Rəsmi olaraq Əhməd Muxtarovun icra başçısı təyin edildiyi dəqiqdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli 1380 saylı sərəncamı ilə 68000 nəfər əhalisi olan rayona icra başçısı təyin olunan Muxtarov rayonu köməkçisi və sürücüsünə həvalə edib. Onun köməkçisi və sürücüsünün çıxdığı oyunlar isə tamam başqa təsəvvür yaradır.

Sakinlərdən biri vurğulayıb ki, icra başçısının köməkçisi Afiq Kərimov və sürücüsü Elçin rayonda sözün həqiqi mənasında “at oynadır”. Onlar yaxın qohumlarını işə düzəltməklə yanaşı, həm də bəzi səlahiyyətlər də veriblər. İcra başçısının sürücüçü Elçin rayondakı bütün idarə və müəssisələrdən pul yığır. Onun sözünə qulaq asmayanları isə hədələməkdən belə çəkinmir.

Rayon sakini deyir ki, Hacıqabul İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İmamətdin İmanov və hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov, İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasov vətəndaşlarla ümumiyyətlə, davranmaq qaydalarını bilmirlər: “Tariyellə İmamətdin vətəndaşların canını boğaza yığıblar. Rayonda hamı Taryel İsgəndərovu «100-lük Tariyel» kimi tanıyırlar. O, qəbulunu gələn vətəndaşdan pul almadan otağından belə qırağa buraxmaz. İmamətdin isə idarə və müəssisə rəhbərlərini şərləməklə şantaj edir”.

Müraciətdə rayonda sosial narazılıqların dözülməz həddə olduğu vurğulanmaqla yanaşı, bununla bağlı ölkə başçısına da müraciətin ünvanlanacağı istisna olunmur./arqument.az

Hacıqabul icra hakimiyyətində rəsmən “qoçu dəstəsi” var

Bu günlərdə saytımızda Hacıqabul rayonunda olan bəlli problemlərlə bağlı məqalə dərc olunmuşdu. Qısa xatırlatma üçün bildirək ki, məqalədə icra başçısının köməkçisinin və sürücüsünün rayonda at oynatmasından bəhs edilir.

Redaksiyamıza zəng edən Hacıqabul İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov məqalədə gedən bəzi məqamlarla bağlı narazılığını bildirdi və fikrini gələcəkdə nəzərə almağımızı xahiş etdi. Biz də öz növbəmizdə onun mövqeyinin dərc olunmasına imkan yaradılacağını qeyd etdik.

Ondan dərhal sonra zəng edən icra hakimiyyətinin İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasov isə bizə hədə-qorxu gəlməyə, məmura yaraşmayan tərzdə “alə, bala” tipli jarqonlarla danışmağa başladı. Biz dəfələrlə onun nəzərinə səbrli olmağı, rəsmi şəxsə yaraşan tərzdə danışmağı məsləhət görsək də Rəşad Abbasov bizi hədələməkdə davam elədi. Biz problemləri hüquqi müstəvidə həll etməyi ona dönə-dönə təklif etsək də, o “qoçu” qaydaları ilə danışırdı.

Biz bir daha Hacıqabulun icra başçısı Əhməd Muxatov və ətrafındakıların nəzərinə çatdırırıq ki, mətbuatla münasibət məsələsində barı ölkə başçısı hörmətli İlham Əliyev cənablarından nümunə götürün. Bunu bacarmırsınızsa gedin layiq olduğunuz işlə məşğul olun.

İcra başçısı rəsmi qurumda “qoçu dəstəsi” saxlayır, yoxsa onların insanlara qarşı olan hədələrinin adını nə qoyaq? Bir jurnalistə “Hacıqabula gəlin görün sizin başınıza nə oyun açırıq” deməklə Əhməd Muxatovun “qoçu”ları nə demək istəyir? Yəqin ki, onlar sadə hacıqabullularla da belə və bəlkə də daha pis davranırlar. Yəqin ki, bu səlahiyyəti onlara Əhməd Muxtarov verib.

Bizi öldürmək, asıb kəsməklə hədələyən İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasovun kimliyi, onun təhsili və fəaliyyəti barədə araşdırmalarımız davam edəcək. /bizimxeber.az
Əhməd Muxtarovun viran qoyduğu Hacıqabul

Hacıqabul icra başçısının apardığı “məqsədyönlü” iqtisadi islahatlar nəticəsində hacıqabul fotoda gördüyünüz günə düşüb. Dağıntılar, Xaos, viran qalmış yollar. Fotoları şərhsiz təqdim edirik:

Əhməd Muxtarovun “Hacıqabul sərgüzəştləri: İCRA BAŞÇISININ İLGİNC QAZANMAQ ÜSULLARI
“Hacıqabul rayonundan ola sahibkarların problemləri hər zaman boydan olub. Amma bəlli səbəblər üzündən həmin problemlər çox zaman qabardılmayıb, həmişə belə bir ümid olub ki, hər şey yaxşı olacaq. Ancaq ötən illər “hər şey yaxşı” olacaq təsəllisinin işə yaramadığını təsdiqləyib. Prezident İlham Əliyevin sahibkarların sıxışdırılması ilə bağlı yerli icra hakimiyyətlərini tənqid etməsi isə bizdə həmin ümidlərin yenidən cücərməsinə səbəb olub”.

Bu sözlər bir qrup Hacıqabullu sahibkarın Savash.org-un elektron ünvanına göndərdiyi müraciətdəndir. Sözügedən müraciətdə şikayətçilər Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun qanunsuz tələblərindən cana doyduqlarını bildirirlər: “İcra başçısı rayonun bütün gəlirli sahələrinə tam nəzarət edir. Rayon miqyaslı hansısa işin görülməsi üçün həyata keçirilən tenderlər isə oyundan başqa heç nə deyil. Müvafiq dövlət orqanlarınmdan da xahiş edirik ki, rayona gəlib son illər ərzində görülən bütün işlərlə maraqlansınlar. O zaman bir çox əlavə maxinasiyaların da ortaya çıxacağından əminik. Məsələn, icra başçısı Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın bir şirkətə həvalə edib ki, nəticədə dövlətdən ayrılan yüzminlərlə manat vəsait mənimsənilib. İcra başçısının köməkliyi ilə tenderi udan “Muğan-1” MMC çəkdiyi yollarda ciddi şəkildə yeyintiyə yol verib. Təsəvvür edin ki, asfaltın qalınlığı layihədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun nəzarətiondəki firma bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib. Bu da yeni cəkilən yolun davamlılığını yariya qədər azaldır. Artıq yollar bərbad vəziyyətə düşüb”.

Daha sonra iddia edilir ki, Əhməd Muxtarov kənd yollarından başqa Hacıqabul şəhərinin abadlaşdırılmasını “İnşaatçı-S” MMC-yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. Amma müraciətdə “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində ayrılan vəsaitin 15 faizinin icra başçısına verildiyini bildirir. Məlumata görə, kənd yolları həm də ensiz çəkilib. Hər tərəfdən 15 sm qısaldırılıb ki, bu da 100 min manatlarla pulun mənimsənilməsi və qəza hallarının artmasına səbəb olur.

Məlumatlara görə, Əhməd Muxtarovun pul yığmaq üçün həyata keçirdiyi əməliyyatlardan biri xüsusilə narazılıq yaradıb. Belə ki, icra başçısının prezidentin portretlərini idarə və müəssisələrə, məktəblərə sataraq küllü miqdarda vəsait qazanmaq sevdası rayonda heç də xoş qarşılanmayıbmış. Əhməd Muxtarovun bir müddət öncə rayona gətizdirdiyi portretlərin hər biri isə məktəblərə 35 manata satılıb. İdarə və müəssisələrdən isə hər portretə görə 50 manat yığıldığı iddia edilir.

Bildirilir ki, icra başçısı Əhməd Muxtarov rayonda dözülməz atmosfer yaradıb: “Hacıqabul rayonunda həyat şərtləri çox ağırdır. Onsuz da maddi sıxıntılar içərisində olan Hacıqabulda bütün gəlirli sahələrin icra başçısına yaxın şəxslər tərəfindən nəzarətə götürülməsi isə vəziyyəti bir qədər də dramatikləşdirir. Hacıqabulda sahibkarlara qayğıdan söhbət belə gedə bilməz, heç sahibkarlar yerli rəhbərlikdən hansısa qayğı da gözləmir. Onların ən böyük arzusu icra başçısının onların işinə müdaxiə etməməsidir-belə olarsa bunu ən böyük qayğı kimi qəbul edərik”.

Daxil olan məlumatda daha sonra bildirilir ki, Əhməd Muxtarov sahibkarlardan və iş adamlarından abadlıq bəhanəsi ilə vəsait tələb edir. Onlardan toplanan vəsait hesabına görülən kosmetik işləri isə yuxarı dairələrə şişirdilmiş formada təqdim edir: “Məsələn, bir müddət öncə rayonun M.F.Axundov, H.Həmidov, Ə.Vahid, H.Aslanov və İ.Qayıbov küçələrinə sahibkarların daxili imkanları hesabına qum-çınqıl qarışığı verilib. Necə deyərlər, adıçəkilən küçələrdəki çökəkliklər qum-çınqılla doldurulub. Amma icra başçısı “yuxarılar”a guya adıçəkilən küçələrdə ciddi asfaltlama işlərinin görülməsi haqda saxta məlumatlar verir. Reallıqda isə asfalt bütün küçələrə çəkilməyib, çəkilən küçələrdə isə asfalt qatının keyfiyyətindən söhbət gedə bilməz”.

Əhməd Muxtarovun həm də rayonun bir çox münbit ərazisinda heyvandarlıq təsərüfatları və əkinçilik sahələri yaratdığıda bildirilir. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir.Mənbə onu bildirir ki, son illər rayon mərkəzində və Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri tikilərək istifadəyə verilib. İcra başçısı həmin obyektlərin tikilməsi üçün verilən icazə sənədlərinə görə sahibkarlardan xeyli miqdarada rüşvət aldığı iddia olunur.
İndi isə yazımızın “qəhrəmanı” olan icra başçısı ilə daha yaxından tanış olaq. Beləliklə…

Kimdir Muxtar Əhmədov: qısa tanışlıq

Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov əslən rəhbərlik etdiyi rayondan deyil. Əhməd Kərəm oğlu Muxtarov 5 fevral 1951-ci ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. 1972-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu, 1983-cü ildə Bakı Ali Partiya məktəbini bitirən Ə. Muxtarov əmək fəaliyyətinə 1968-də Yevlax Neftbazasında operator vəzifəsilə başlayıb. Daha sonra isə Yevlax şəhər İctimai iaşə idarəsində mühasib işləyib.
1974-80-ci illərdə Yevlax şəhər komsomol komitəsində komsomol təşkilatları şöbəsinin müdiri, 1980-81-ci illərdə Yevlax rayon Xaldan mal-qara kökəltmə sovxozunda partkom, 1983-91-ci illərdə isə Yevlax rayon XDS İcraiyyə Komitəsinin sədr müavini olub.

1991-97-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısnın aparatında müxtəlif vəzifələr tutub. 1997-2000-ci illərdə Yevlax rayon Kooperativ cəmiyyəti İdarə Heyətinin sədri postunu tutub. 2000-2005-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə yüksəlib. Daha sonra bir il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərdənizneftinşaat trestinin sosial məsələlər üzrə müdir müavini vəzifəsində çalışıb.

29 mart 2006-cı il tarixində Prezidentin 1380 saylı sərəncamı ilə Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.///savash.org

www.yenicag.az

1273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv