Hacıqabulda “patı” əməliyyatı – Saxlanılanlar var – FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri – Ələm İbrahimov və əvvəllər məhkum olunmuş Elvin Zərbaliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan “patı” və “şüşə” adlanan psixotrop maddə – metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.