Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, Hacıqabul rayon 2-ci Paşalı kəndi ərazisində Babayev Məhəmməd İmamverdi oğlu “Opel Zafira” markalı avtomobili idarə edərkən idarəetməni itirərək avtomobili yoldan çıxarıb aşırması nəticəsində aldığı bədən xəsarətlərindən ölmüş, avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Ağayev Mircəlal Seyidəzim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan ŞMX-ya daxil olub.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.