Hacıqabulda silahlı insident baş verib: 5 ölü, 1 yaralı – YENİLƏNİB

Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Yenicag.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.

Ailə üzvlərindən biri-Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

***

Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb.

Yenicag.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

Yenicag.Az

COP29