Reklam: High Technic
hightechnic

Hacıqabulda "Türk Şəhidliyi"nə edilən yanlış düzəldildi - FOTO

“Türk Şəhidliyi”ni göstərən lövhə bərpa edilib.

Xəbər verdiyimiz kimi,1918-ci ildə Qafqaz İslam Ordusunun hissələrinin erməni daşnak birləşmələrinin Hacıqabul rayonu Qubalıbaloğlan kəndində törədilən qətliamdan sonra ermənilərlə döyüşdə həlak olan 6 anadolu türkü və 6 azərbaycanlı şəhidin qəbri üzərində ucaldılan xatirə abidəsinin Bakı Qazax yolu üzərindəki yönləndirmə lövhəsi çıxarılmışdı.

Yenicag.az olaraq həmin lövhənin çıxarılması barədə geniş yazılar dərc etmişdik.

Bu gün kənd sakinlərindən aldığımız məlumata görə, istiqamət göstərən lövhə yenidən bərpa edilib.

Lövhənin fotosunu sizə təqdim edirik:

Səxavət Məmməd

www.yenicag.az

1075